Reklam: High Technic
hightechnic

"AMAY"-da faciə: 28 yaşlı oğlan öldü

Bakıda bədbəxt hadisə nəticəsində 28 yaşlı oğlan ölüb.

Yenicag.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Xətai rayonu ərazisində “AMAY” ticarət mərkəzindəki liftin təmiri zamanı 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, liftə təmir işləri görən 1989-cu il təvəllüdlü Şərifov Səfa Ramiz oğlu liftin xarici divarı ilə şaxtanın divarı arasında sıxılmış vəziyyətdə qalaraq vəfat edib.

Xilasedicilər S.Şərifovun meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

www.yenicag.az

2.3 K