!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda ticarət mərkəzində yanğın: Eldar Əzizov hadisə yerinə gəldi - VİDEO

!Reklam – Yazi

İyunun 23-də səhər saatlarında paytaxtın Nizami rayonu ərazisində “X-Lady” və “İzabel” mağazalarının yerləşdiyi ticarət obyektində baş verən yanğın söndürülüb.

Hadisə yerinə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və digər aidiyyəti şəxslər gəliblər.

Eldar Əzizov jurnalistlərə müsahibəsində bildirib ki, bu cür hadisələr demək olar dünyanın bütün ölkələrində baş verir. Heç bir ölkə belə hadisələrdən sığortalanmayıb.

Nizami rayonunun paytaxtın digər rayonlarından fərqi burada ticarət obyektləri baxımından sıxlığın yüksək olmasıdır. Ona görə də gələcəkdə belə hadisələrdən sığortalanmaq üçün lazımi işlər görülür.

Yanğının başvermə səbəbləri obyektiv qaydada araşdırılacaq.

***

11:10

Paytaxtın Qara Qarayev prospektində yerləşən “X-Lady” ticarət mərkəzi və ona bitişik “İzabella” ayaqqabı mağazasında yanğın baş verib.

Hadisə şahidlərinin verdiyi məlumata görə, “İzabella” mağazası tamamilə yanıb./Axar/

***

10:37

Bakıda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, FHN-nin “112” qaynar telefon xəttinə, Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospektində yerləşən X-Lady mağazasında yanğın olması barədə məlumat daxil olub.

Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

www.yenicag.az

7298
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv