Bakıda tikintisi, əsaslı təmiri və bərpası nəzərdə tutulan MƏKTƏBLƏRİN SİYAHISI

Bakı şəhərində və onun qəsəbələrində tikintisi, əsaslı təmiri və bərpası nəzərdə tutulan məktəblərin siyahısı açıqlanıb.

Yenicag.az xəbər verir ki, siyahı Prezident İlham Əliyevin 2021-ci il 8 may tarixində imzaladığı “Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası ilə bağlı tədbirlər haqqında” sərəncamla təsdiq edilib.

Sıra №-si Tədbirin adı Ayrılan vəsait

(min manatla)

İcrası başa çatan layihələr
1 Sabunçu rayonunun Zabrat qəsəbəsində 71 nömrəli orta məktəb üçün əlavə 30 sinif otaqlı korpusun tikintisinin başa çatdırılması və mövcud binanın əsaslı təmiri 6.240,0 2021
2 Sabunçu rayonunun Zabrat qəsəbəsində 307 nömrəli orta məktəb üçün əlavə 15 sinif otaqlı korpusun tikintisinin başa çatdırılması və mövcud binanın əsaslı təmiri 5.280,0 2021
3 Suraxanı rayonunun Əmircan qəsəbəsində 87 nömrəli orta məktəbin köhnə korpusunun sökülməsi, 1752 şagird yerlik yeni korpusların tikintisi 3.210,0
4 Xətai rayonunda 263 nömrəli orta məktəbin ikimərtəbəli korpusunun və birmərtəbəli keçidlərinin sökülməsi, yeni korpusların (idman və akt zalı ilə) tikintisi 3.690,0
5 Nəsimi rayonunda 35 nömrəli orta məktəbin köhnə korpusunun sökülməsi, yeni korpusun tikintisi 1.580,0
Cəmi 20.000,0