Bakıda tıxac PROBLEMİ: İlk növbədə hansı işlər görülməlidir?

“Piyadaların hərəkətini tənzimləsək, gediş-gəliş, hərəkət, istiqamət üçün ümumi hərəkəti nizamlaya bilərik”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında tıxacların aradan qaldırılması üçün yeni metrostansiyaların inşası və piyadaların hərəkətinin tənzimlənməsi barədə danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov deyib.

Onun sözlərinə görə, tıxacların aradan qalxmasında metronun xüsusi payı var.

“Yeni metro stansiyalarının yaradılması ümumi axını parçalayır, onu tənzimləyir. Ona görə də bu gün əsas məsələ nəqliyyat vasitələrinin gediş-gəlişini, onların tıxacsız hərəkətinin təmin edilməsi üçün yeni metro xətlərinin sürətli inşasıdır. Bizim çıxış yolumuz budur”, – deyə o bildirib.

A.Əsədov qeyd edib ki, bu gün nəqliyyat vasitələrinin ümumi olaraq axının idarə olunması üçün mütləq olaraq piyadaların hərəkətini tənzimləmək lazımdır:

“Piyadaların hərəkətini tənzimləsək, gediş-gəliş, hərəkət, istiqamət üçün ümumi hərəkəti nizamlaya bilərik. Əks halda, bu, çətin məsələdir. Məsələn, bu gün hərəkət əsas istiqaməti olan Bakı kəndləri ilə mərkəzin, Bakıətrafı qəsəbələr ilə Sumqayıt şəhərinin birləşdirilməsi, gediş-gəlişin asanlaşdırılması, paytaxtla onun mərkəzi hissələrini bir-biri ilə əlaqələndirilməsi nüasnlarını nəzərə almaq lazımdır. Ona görə də hərəkətin axınını tənzimləmək lazımdır. Bununla da tıxac məsələsini həll etmiş olarıq. Əks halda, tıxaclardan hələ çox söhbət açacağıq”.

İsmayıl Bakuvi

COP29