Bakıda törədilən qətlin üstü açılıb

62ade0ec4cefc8986caa101b3f417ce5Bakıda qətl törədən şəxs həbs edilib.

Avqustun 14-də Nəsimi rayonu ərazisində – Moskva prospektindən üzərində zorakılıq əlamətləri (kəsici-deşici alətlə yetirilmə xarakterli) olan 20-25 yaşlı kişi meyiti tapılıb.

Nəsimi rayon 19-cu Polis Bölməsinin əməkdaşları tərəfindən qətlə yetirilənin Bakı şəhər sakini Vidadi Məmmədov olması müəyyən edilib. Araşdırmalar zamanı həmin gün V.Məmmədovla paytaxt sakini Ümid Məmmədov arasında münaqişə baş verməsi və onların bir-birinə bıçaqla xəsarət yetirmələri müəyyən edilib. Ü.Məmmədov Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.(APA)

COP29