Bakıda torpağa basdırılmış silah-sursat aşkarlandı

Mağtağa sakini Vüqar Quliyevin torpağa basdırdığı silah-sursat aşkarlanıb.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, DİN-in Baş Cinayət Axtarışı İdarəsi, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti və Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Baki İstintaq Təcridxanasında cəza çəkən Maştağa qəsəbə sakini Vüqar Quliyevin qəsəbə ərazisində torpağa basdırdığı nömrəsi silinmiş “TOZ-8” markalı tüfəng və 6 ədəd patron aşkar edilərək götürülüb.