Bakıda torpaq sürüşməsi oldu

Bu gün Bakı şəhəri, Yasamal rayonu Qurban Xəlilov küçəsindəki yamacda kiçikmiqyaslı sürüşmə nəticəsində yola torpaq və qaya parçası tökülüb.

Yenicag.az xəbər verir ki, hadisə səhər saat 06:00 radələrində baş verib.

Yasamal rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin əməkdaşları tərəfindən saat 07.42 radələrində ərazi torpaq və qaya parçalarından təmizlənib.