Bakıda toy məclisində bıçaqlanma olub.
Yenicag.az xəbər verir ki, hadisə Sabunçu rayonu, Ləhic bağları adlanan ərazidə qeydə alınıb.
1992-ci il təvəllüdlü Əmrah Alışov toy məclisində aralarında yaranmış mübahisə zamanı 1991-ci il təvəllüdlü Rəvan Əsgərovu bıçaqlayıb.
Faktla bağlı cinayət işi başlanılıb, hadisəni törədən şəxs saxlanılıb.