Bakıda “Toyota Prius” qadını vurub öldürdü – FOTO

Sabunçu rayonu Bakıxanov qəsəbəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, bu gün səhər saatlarında Bakı şəhər sakini sakini, 1993-cü il təvəllüdlü Amin Sahibli idarə etdiyi “Toyota Prius” markalı avtomobillə 1986-cı il təvəllüdlü Pərvanə Məmmədovanı vurub. Xəsarət alan şəxs hadisə yerində ölüb.

A.Sahibli saxlanılıb. Faktla bağlı araşdırma aparılır.