Bakıda tozlu hava nə qədər davam edəcək?

Bu gün Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva Yenicag.az-a bildirib ki, havada tozun miqdarı 1.5 dəfə normadan artıqdır.

“Tozlu hava şəraiti meteoroloji vəziyyətdən asılı olaraq lokal, eyni zamanda transsərhəd xarakter daşıyır.

Tozlu hava şəraitinin 2 gün ərzində davam edəcəyi gözlənilir”.

COP29