Bakıda transseksual “Porche”dən oğurluq etdi

Bakıda “Porsche”dən oğurluq edən transseksuala hökm oxunub.

Yenicag.az xəbər verir ki, hadisə ötən ilin martında baş verib. Küçədə dayanan “Porsche” avtomobilinin qapısının açıq qalmasından istifadə edən A.F. maşından “İphone 8+” markalı telefon və 1 500 manat pul oğurlayıb. A.F. barəsində cinayət işi başlanılıb. Lakin o, məhkəmə istintaqından qaçdığı üçün həbs edilib.

Məhkəmədə dindirilən zaman o, əməlindən peşman olduğunu deyib: “Cinsi azlıq nümayəndəsiyəm. 2012-ci ildə əməliyyat yolu ilə üzümdə dəyişiklik edərək qadın olmuşam. Daha çox “Neftçilər” metrosu tərəfdə duraraq mənə yaxınlaşan avtomobillərin sürücüləri ilə söhbət edirəm, istəyən olsa, həmin şəxslə cinsi münasibətdə oluram. 26 mart gecə saat 4-də yolda dayanan “Porsche”ni gördüm. Avtomobilin qapısının açıq olduğunu görüb saxlanc yerini axtardım. Oradan “İphone 8+” telefonu və pul qabının içərisindən 1 500 manat pulu götürərək qapını bağladım. Pulu yığılıb qalmış borclarıma xərclədim. Polis əməkdaşları məni saxlayarkən telefonu onlara verdim. Maddi ehtiyacdan oğurluq etmişəm”.

Nizami Rayon Məhkəməsi A.F.-a 1 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası verib. Belə ki, o saat 23:00-dan saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərini tərk etməməli, üzərində elektron nəzarət vasitəsi gəzdirməlidir.

COP29