Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Bakıda üç ölkənin XİN rəhbərinin görüşü keçirilir

Reklam: High Technic

Bakıda Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin 6-cı görüşü çərçivəsində Elmar Məmmədyarov, Mixail Canelidze və Mövlud Çavuşoğlu arasında üçtərəfli görüş başlayıb.

Yenicag.az xəbər verir ki, görüşdə siyasi, iqtisadi və digər sahələr müzakirə olunacaq.

Görüş zamanı regional, beynəlxalq məsələlərin, həmçinin Dağlıq Qarabağ münaqişəsinin müzakirə ediləcəyi gözlənilir. Əvvəlki görüşlərdə qəbul olunmuş qərarların nəzərdən keçirilməsi, 3 ölkənin iştirakı ilə regional əməkdaşlıq məsələlərinin müzakirə olunması və sonda “2017-2019-cu illərdə üçtərəfli əməkdaşlıq planı”nın imzalanması gözlənilir.

Görüşdən sonra hər üç nazir birgə mətbuat konfransı keçirərək jurnalistlərin suallarını cavablandıracaq.

www.yenicag.az

779
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM