Bakıda üç qohumu bıçaqladılar

Bakının Sabunçu rayonu Balaxanı qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, hadisə zamanı 3 nəfər bıçaqlanıb. Bıçaqlananlar Bəkirov Rauf Babaxan oğlu, Yusif Xanquliyev və daha bir nəfər olub. Verilən məlumata görə, bıçaqlanan hər üç şəxs yaxın qohumdurlar. Onlar xəstəxanaya ağ rəngli 90-PJ-837 dövlət nörmə nişanlı avtomobillə gətiriliblər.

Xəstəxanaya gələn polis əməkdaşları avtomobilə baxış keçiriblər. Yaralıların vəziyyəti ağır kimi qiymətləndirilir.