Bakıda üçmərtəbəli kommunal tipli yaşayış binasında yanğın olub.
Bu barədə Yenicag.az-a FHN-dən bildirilib.
Nəsimi rayonunda üçmərtəbəli kommunal tipli yaşayış binasının üçüncü mərtəbəsində ümumi sahəsi 70 m² olan 2 otaqlı mənzilin 1 otağında divar sobasının ətrafı 3 m² sahədə yanıb.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.