Bakıda üçmərtəbəli restoranda yanğın

Bakı şəhərinin Sabunçu rayonunda yanğın baş verib.

Yenicag.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 1500 m² olan üçmərtəbəli tikilinin (restoran kimi fəaliyyət göstərir) 2-ci mərtəbəsində 150 m² sahədə əşyalar yanıb. Tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.