Bakıda üçmərtəbəli yataqxanada YANĞIN – 25 nəfər təxliyə edildi

Bakının Xəzər rayonunda üçmərtəbəli yataqxana binasında yanğın olub. 

Bu barədə Yenicag.az-a FHN-dən bildirilib.

Bildirilib ki, binanın 3-cü mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 6 ədəd sayğac yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 25 nəfər (onlardan 7-si uşaqdır) bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.