Reklam

Reklam

Martın 19-da Bakıda Novruz bayramı münasibətilə ümümxalq şənliyi keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, İçərişəhər və Bulvar ərazisində keçiriləcək şənlikdə pəhləvanlar, pantomima artistləri, skripkaçılar, zurnaçılar, kəndirbaz və sehirbazlar öz məharətlərini göstərəcəklər.

Həmçinin uşaq teatrının artistləri, bədii və tarixi personajlar, müxtəlif ölkələrin xalq və əfsanəvi qəhrəmanlarının canlı obrazları, Novruz bayramının əsas qəhrəmanları olan Kosa və Keçəlin iştirakı isə şənliyə qatılan insanlara əsl bayram əhvali-ruhiyyəsi yaşadacaq.

Bayram şənliyi Qız qalasından başlayacaq Bulvar ərazisindən keçməklə Muzey Mərkəzinə qədər davam edəcək. Konsert proqramı günün sonuna qədər davam edəcək. Həmçinin ölkəmizdə keçirilən “Formula 1” üçün ayrıca stend quraşdırılacaq.

Ümümxalq şənliyində Prezident İlham Əliyev, I vite-prezident Mehriban Əliyeva və ailə üzvlərinin də iştirakı gözlənilir.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 2954
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."