Bakıda univermaq çökdü – Dağıntılar altında qalanlar var-Fotolar

univermaq25Bakıda univermaq çöküb. Hadisə Suraxanı rayonu ərazində yerləşən köhnə univermaqda baş verib.

Belə ki, yağan qar nəticəsində univermağın dam örtüyü ağırlığa tab gətirməyib çöküb.

Hadisə nəticəsində 3 nəfərin dağıntılar altında qaldığı bildirilir. Hadisə yerinə Təcili Tibbi Yardım və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib. Xəsarət alanlar xəstəxanalara aparılıb.(report)