Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Bakıda universitet tələbəsi faciəvi şəkildə ölüb - YENİLƏNİB

O, ağır kəllə-beyin travması alaraq dünyasını dəyişib.

Bakıda faciəvi şəkildə ölən şəxsin Memarlıq və İnşaat Universitetinin tələbəsi olduğu məlum olub.
“Report”un məlumatına görə, Mehdiyev Samir Azi oğlu universitetin 205 a8-ci qrupunda təhsil alırmış.
Universitetin Mətbuat xidmətinin rəhbəri Nəcibə Mirzəyeva “Report”a bildirib ki, Samir Mehdiyev döyülmə deyil, avtomobil vurması nəticəsində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, S.Mehdiyevin Azərbaycan Texniki Universitetinin tələbəsi olduğu bildirilirdi.

*** 07:45

Bakıda ölüm hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb.
Fikrət Əmirov küçəsi ilə 28 May küçəsinin kəsişməsində Mehdiyev Samir Azi oğlu ağır vəziyyətdə müəyyən edilib. O, yoldan keçənlərin köməyi ilə xəstəxanaya yerləşdirilib.

Həkimlər S.Mehdiyevin ağır kəllə-beyin travması aldığını bildiriblər. Lakin onların səylərinə baxmayaraq yaralının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən cinayət işi başlanılıb, təhqiqat aparılır.

Yenicag.az

www.yenicag.az

649
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM