Bakıda universitetdə yanğın

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yanğın olub.

Yenicag.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

“Bakı şəhərinin Səbail rayonunda Azərbaycan Dövlət İqtisad Universitetinin yerləşdiyi üçmərtəbəli binanın 2-ci mərtəbəsində ümumi sahəsi 127 m2 olan otaqda rəflər, sənədlər 15 m2 sahədə, 1 ədəd kondisioner və 4 ədəd kompüter yanıb.

Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”, – məlumatda qeyd olunub.