Bakıda uşağın boğazında qaşıq qalaraq öldü

76162Bakının Pirallahı rayonu ərazisində faciə baş verib. 1-ci polis bölməsindən  verilən məlumata görə, Türkan qəsəbəsində yaşayan 1 yaş 2 aylıq qız uşaq ehtiyatsızlıq nəticəsində ölüb.

Belə ki, İbrahimova K. dərman içərkən onun qaşığını udub. Qaşıq onun boğazında qalıb.

Nəfəs ala bilməyən körpə çabalamağa başlayıb. Valideynləri nə qədər etsələr də, qaşığı körpənin boğazından çıxara bilməyiblər. Dərhal təcili yardıma xəbər verilib.

Lakin təcili yardım həkimləri gələnə qədər uşaq keçinib.

Faktla bağlı araşdırma aparılır. (anspress.com)