Bakıda uşaq 8-ci mərtəbədən yıxıldı

Bakıda 8 yaşlı uşaq 8-ci mərtəbədən yıxılaraq ölüb.

Hadisə Xətai rayonu, Məhəmməd Hadi küçəsi 101-də baş verib.

Həmin binadakı mənzillərdən birində yaşayan 2009-cu il təvəllüdlü Emin Ovçinnikov pəncərədə olan plastik torla oynayarkən tor onun ağırlığına dözməyib. Uşaq torla birlikdə 8-ci mərtəbədən aşağı düşüb. Baş nahiyəsindən xəsarət alan məktəb şagirdi dərhal keçinib.

Hadisə yerinə Xətai Rayon Prokurorluğunun əməkdaşları gəlib.(Report)

Yeniçağ.az