Bakıda uşaq itdi

Bakı Dəmiryolu Vağzalında uşaq itib.

Yenicag.az xəbər verir ki, bu barədə uşağın valideynləri ərazidə olan polisə məlumat veriblər.

Adı Nazim olan 12-13 yaşlı uşağın valideynləri övladının saat 19:10-da Bakı Dəmiryolu Vağzalından Sumqayıta çıxan qatarda olduğunu ehtimal edirlər.

Qatarda olan növbətçi polis maşinistlə əlaqə saxlayaraq bu barədə məlumat verib. Qatarda aparılan axtarış zamanı uşağın qatarda olmadığı məlum olub.