Bakıda Uşaq Vərəm Sanatoriyası sökülür

Bakıda fəaliyyət göstərən 4 nömrəli Uşaq Vərəm Sanatoriyası sökülür.

Yenicag.az xəbər verir ki, onun yerində 100 çarpayılıq Birləşmiş Şəhər Xəstəxanası inşa ediləcək.

Səhiyyə Nazirliyi artıq xəstəxananın tikintisinin layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı tender elan edib.

Tender avqust ayının 17-nə kimi davam edəcək.