!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Bakıda “Vaqifsayağı” caz festivalı

!Reklam – Yazi

91393Vaqif Mustafazadənin 75 illik yubileyi münasibəti ilə “Vaqifsayağı” caz festivalı keçiriləcək.

Yenicag.az qafqazinfo-ya istinadən bildirir ki, festival martın 16-da Mədəniyyət və Turizm Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi, “Gilan Holdinq”in baş sponsorluğu, Azərbaycan Dövlət Filarmoniyasının texniki dəstəyi və “Voice of Azerbaijan” televiziya agentliyinin təşkilatçılığı baş tutacaq.

“İçərişəhər”də keçiriləcək festivalda ölkənin tanınmış və gənc caz ustalarının iştirakı gözlənilir. İki hissədən ibarət olacaq “Vaqifsayağı” ənənəvi caz festivalı Vaqif Mustafazadənin məzarını ziyarətlə start götürəcək, qonaqlar və media nümayəndələri “İçərişəhər”də sənətkarın ev muzeyində xatirə günü keçirəcəklər.

Vaqif Mustafazadənin ev-muzeyində qonaqlar nadir eksponatlarla tanış olacaqlar.

Festivalda caz ustaları Vaqif Mustafazadənin ifa etdiyi mahnıların müəyyən hissəsini eyni tərzdə, digər bir parçasını isə özünəməxsus şəkildə ifa edərək tamaşaçılara təqdim edəcəklər.

Festival Rahib Azəri tərəfindən idarə olunacaq və iştirak sərbəstdir.

www.yenicag.az

1206
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv