!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda varlıların yaşadığı evlər - Hər şey telefonla idarə olunur

!Reklam – Yazi

“Bakı şəhərində 300-350 kv.m sahəsi olan mənzillər 2 milyon və 2 milyondan baha qiymətə alıcılara təklif edilir”.

Bunu AzVision.az-a daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı deyib. Ekspert bildirib ki, paytaxtda mənzillərin qiyməti yerləşdiyi ərazilərə görə dəyişir: “Şəhərin mərkəzində qiymətlər olduqca yüksəkdir. Hətta bəzi ərazilərdə 1 kv.m-i 8000 manata satılan mənzillər var. Bəzi hallarda qiymətlər daha yüksək olur. Mənzillərin qiymətləri əsasən yerləşməsindən və təmir səviyyəsindən asılı olaraq dəyişir. Bunlar elit mənzillərdir. Onların qiyməti isə yüzminlərlə ölçülür”.

R.Osmanlı qeyd edib ki, Bakı şəhərində alıcılara yüksək texnologiya ilə təchiz olunmuş smart mənzillər də təklif olunur. Onun sözlərinə görə, son vaxtlar imkanlı şəxslər daha çox smart evlərə üstünlük verir: “Belə mənzillərin üstünlüyü odur ki, ev sahibi xarici ölkədə olanda, mənzilindəki bütün cihazları idarə edir. Həmin evlərdə divar arakəsmələrin əksəriyyəti şüşələrlə əvəz olunub.

Mənzil sahibi texnologiyanın imkanlarından istifadə etməklə arakəsmənin rəngini dəyişə bilir. Belə mənzillərə şəhərin müxtəlif ərazilərində rast gəlmək olar. Daha çox şəhərin mərkəzini əhatə edir. Həmin evlər üçün 1 kv.m sahə 1500-1800 manat təklif olunur. Ən azı 200 kv.m sahəsi olan mənzilin təmirinə təxminən 300 min manat vəsait xərclənir”.

Ekspert vurğulayıb ki, hazırda Bakıda 10 milyon manata təklif olunan fərdi yaşayış evləri var: “Yerinə görə villaların qiyməti dəyişir. 10-15 milyon manata satılan villalara rast gəlmək mümkündür. Üç il bundan əvvəl 25 milyona satılan villa hazırda 10 milyon dollara təklif olunur”.

Yenicag.Az

www.yenicag.az

662
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv