Bakıda vaxtından əvvəl doğuş edən gənc qadın ölüb

O, xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib

Bakıda vaxtından əvvəl doğuş edən gənc qadın ölüb.

“Report”un xəbərinə görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, 1993-cü il təvəllüdlü Emilya Sadıqova kəskin ağrıdan əziyyət çəkib. O, 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılarkən yolda dünyasını dəyişib.

Qadının meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Məlum olub ki, o, 5 aylıq hamilə olub və vaxtından əvvəl doğuş edib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

Yeniçağ.az