Bakıda “VAZ” xarab oldu, yolda tıxac yarandı

Ziya Bünyadov və Azadlıq prospektlərinin kəsişməsində yolda texniki nasaz avtomobil qalıb.

Yenicag.az xəbər verir ki, bu səbəbdən də metronun “ 20 Yanvar” stansiyası istiqamətində sıxlıq yaşanır.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən ərazidə xidmət aparan yol polisi əməkdaşlarına məlumat verilib və sıxlığın aradan qaldırılması istiqamətində işlər görülür.