Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən, Bakıda və Abşeron yarımadasının atmosfer havasında tozlu hava şəraiti müşahidə olunur.
Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva Yenicag.az-a bildirib ki, hazırda havada tozun miqdarı normadan 1.3 dəfə artıqdır.
“Tozlu hava şəraiti meteoroloji vəziyyətdən asılı olaraq transsərhəd xarakter daşıyır və gün ərzində davam edəcəyi gözlənilir”, – baş mühəndis deyib.