Bakıda və Gəncədə qaz olmayacaq – Əhalinin nəzərinə

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Qaz İxrac” İdarəsinin balansında olan diametri 720 mm-lik “Qaradağ-Digah” magistral qaz kəmərinin 20-ci km-də aşkar edilmiş qaz sızmasının ləğvi və yeni tikilmiş ölçü qovşağının qaz təchizatı mənbəyinə birləşdirilməsi və istismara verilməsi ilə əlaqədar, sabah saat 10:00-dan etibarən təmir işləri başa çatana qədər Bakının Nəsimi rayonunun Tibilisi prospekti, 1 və 2-ci Alatava, 20 yanvar, A.Məhərrəmov, A.Qurbanov, Bakıxanov, C.Məmmədquluzadə, Nizami, H.Əliyev küçələrinin, eləcə də Binəqədi rayonunun 6, 7, 8 və 9-cu mikrorayonlarının, Rəsulzadə və Xutor qəsəbələrinin bir hissəsində, həmcinin saat 09:00-dan etibarən Gəncə şəhərinə təbii qazın verilişində fasilələr yaranacaq.

Yenicag.az bu barədə SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

Məlumatda deyilir ki, görüləcək təmir işlərinin Nərimanov və Yasamal rayonlarının,eləcə də Yeni yasamal yaşayış massivi Şərifzadə,Vasif Əliyev və Xıdır Mustafayev küçələrinin bir hissəsinin də qaz təchizatına təsir göstərməsi mümkündür.

“Aparılan zəruri təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranacaq fasilə aradan qaldırılacaq. “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir”, – deyə o, qeyd edib.

COP29