!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Bakıda və Şuşada, Laçında, Kəlbəcərdə xidmət edən hərbçilərin maaşlarında fərq olmalıdır” – Aqil Abbas

!Reklam – Yazi

“Ön xətdəki hərbçilərimiz düşmənlə üzbəüz dayanıblar, onlar minaya düşürlər, qar uçqununa da düşə bilərlər, riskli vəziyyətdədirlər”.

Bu sözləri Yenicag.az-a ön xətdəki hərbçilərin maaşlarının bir qata endirilməsinə dair yayılan xəbərlərə münasibət bildirən millət vəkili Aqil Abbas deyib.

Millət vəkili bildirib ki, Müdafiə Nazirliyi məsələ ilə bağlı ortaya birmənalı mövqe qoymalıdır:

“Şəxsi fikrimcə, Bakıda xidmət edən hərbçilərlə Laçında, Şuşada, Kəlbəcərdə xidmət edənlərin maaşlarında fərq olmalıdır. Hər halda, Maliyyə Nazirliyi pul ayırır, Müdafiə Nazirliyi isə hərbçilərin maaşını müəyyənləşdirir.

Hələ sülh müqaviləsi imzalanmayıb, ön xətdəki hərbçilərimiz düşmənlə üzbəüz dayanıblar, onlar minaya düşürlər, qar uçqununa da düşə bilərlər, riskli vəziyyətdədirlər. Ona görə də, hərbçilərin pulları kəsilməməlidir”.

Səxavət Məmməd

www.yenicag.az

5007
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv