!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda və Ucarda qeyri-qanuni narkotik maddələr aşkarlanıb

!Reklam – Yazi

Polis əməkdaşları tərəfindən narkotiklərlə mübarizə tədbirləri qətiyyətlə aparılır.

DİN-dən Yenicag.az-a verilən məlumata görə, Ucar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Alpout kənd sakini, əvvəllər məhkum olunmuş Nəriman Abbasov saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan marixuana aşkar edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evin zirzəmisindən isə əlavə olaraq çəkisi 4 kiloqram 125 qram marixuana aşkar edilərək götürülüb.

Qaradağ Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Qazax rayon sakini, əvvəllər məhkum olunmuş Adil Musayevdən 480 qram marixuana götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar aparılır.

www.yenicag.az

3994
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv