Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.
Yenicag.az-ın xəbərinə görə, 1961-ci il təvəllüdlü Quliyev Camal Aydın oğlu hadisə metronun Memar Əcəmi stansiyası yaxınlığından keçən Cavadxan küçəsində mübahisə zamanı bıçaqlanıb.
Onun döş qəfəsinin sol yarısından ürəyinə yaxın hissəsinə iki bıçaq zərbəsi vurulub.
Yaralı taksi sürücülərinin köməkliyi ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis bölməsinin əməkdaşları istintaq araşdırmaları aparır.
C.Quliyev vəkil kimi fəaliyyət göstərir./Report/