!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Bakıda velisoped yarışları start götürdü-Canlı Yayım

!Reklam – Yazi

93445Bu gün I Avropa Oyunlarında şose velosipedi üzrə idman yarışları start götürür.

Yenicag.az xəbər verir ki, yarışlar fərdi ötüşmə kişilər və qadınlar arasında keçiriləcək.

Azərbaycanı bu yarışlarda Alyona Pavluxina və Elçin Əsədov təmsil edir.

Qeyd edək ki, şosse velosipedi yarışlarına bir çox məşhur idmançıları qatılır. Hollandiyalı velosipedçi Van Jik 2013-cü ildə keçirilən yarışlarda zamana qarşı yarış üzrə dünya titulunu qazanıb.

Hanna Solovey (UKR) də kifayət qədər güclü qüvvədir. 2014-cü ildə dünya çempionatında Van Jik yeddinci yeri qazandığı halda, 23 yaşlı bu idmançı gümüş medala sahiblənmişdi.

2014-cü il dünya çempionatında Van Jikdən daha yaxşı nəticə göstərən avropalı idmançı An-Sofi Duyk olub. 27 yaşlı bu belçikalı idmançı həmin yarışı beşinci yerdə tamamlayıb və Bakıda keçirilən zamana qarşı yarışda da iştirak edib.

Vasil Kiryjenka (BLR) 59.4 km məsafə üzrə fərdlər arasında “Giro d’Italia” yarışlarında bir neçə dəfə zamana qarşı İspaniya milli çempionatının qalibi olan Luis Leon Sançezi (ESP) 12 saniyə qabaqlayaraq qalib gəlib. 33 yaşlı idmançı Belorusiya Federasiyası tərəfindən Bakıda zamana qarşı yarışlarda iştirak etmək üçün seçilib. Sançez də Bakı 2015 Avropa Oyunlarında iştirak etmək üçün seçilib.

Zamana qarşı yarış üzrə keçmiş İtalya çempionu Dario Kataldo 28 yaşlı Manuele Boaro (İTA) ilə birlikdə “Azzurri”-nin şərəfini Bakıda qoruyacaqlar. Kataldo “Giro d’Italia” zamana qarşı yarışları 38-ci yerdə bitirib.

Hollland Stef Klement (NED) zamana qarşı yarışlar üzrə keçmiş milli çempion olaraq 18 İyun tarixində Bakıda keçiriləcək yarışlarda kişilər arasında 51.6 km məsafə üzrə yarışlarda iştirak edəcək. O, “Giro d’Italia” zamana qarşı yarışları 14-cü yerdə bitirib.

www.yenicag.az

590
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv