Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Bakıda vərəmin yayılması xəbərinə nazirlikdən REAKSİYA

Azərbaycan Səhiyyə Nazirliyi Bakının Yasamal və Nəsimi rayonlarında, eləcə də ölkənin digər bölgələri haqqında vərəmin yayılması barədə yayılan məlumatlara münasibət bildirib.

Səhiyyə Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, ölkədə, o cümlədən Bakı şəhərində mütəmadi vərəm əleyhinə tədbirlər həyata keçirilir. İlkin tibbi yardım müəssisələrinin ərazisində yerləşən bağçalarda, ümumi təhsil və ali təhsil müəssisələrində hər il vərəm xəstəliyinin erkən aşkarlanması üçün kütləvi və fərdi tuberkulin diaqnostikası yerinə yetirilir. Son nəticədə 2017-ci ildə Bakıda vərəmlə ilkin xəstələnmələrin səviyyəsi keçmiş sovetlər birliyinə daxil olan ölkələrdən 4-5 dəfə aşağıdır.

Nazirlik qeyd edir ki, Bakı şəhərinin Yasamal və Nəsimi rayonlarında uzun illər aparılan vərəm əleyhinə tədbirlər nəticəsində ilkin xəstələnmənin səviyyəsi ölkəmizin digər bölgələrindən 4 dəfə aşağıdır:

“Ona görə də Yasamal və Nəsimi, eləcə də ölkənin digər bölgələri haqqında xəstəliyin yayılması barədə yayılan yalnış informasiyalar əsassızdır. Belə qərəzli informasiyalar uşaq, yeniyetmə və gənclərin müayinələrdən yayındırılmasına xidmət edir. Hər il digər bölgələrdə olduğu kimi Yasamal və Nəsimi rayonlarında yüz minlərlə uşaq və yeniyetmə vərəmə görə profilaktik müayinələrə cəlb olunur. Onlar arasında vərəmə yoluxma və xəstələnmənin səviyyəsi Ümumdünya Səhiyyə Təşkilatının göstəricilərindən qat-qat aşağıdır. Bizim ölkəmizdə vərəm xəstəliyinin epidemik vəziyyəti yoxdur və olada bilməz. Vərəm əleyhinə tədbirlərin yerinə yetirilməsinə Səhiyyə Nazirliyinin və Bakı Baş Səhiyyə İdarəsinin mövcud bölmələri daim nəzarət edirlər. Bu problem Səhiyyə Nazirliyinin daim nəzarətindədir”.

www.yenicag.az

1076
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM