Reklam: High Technic
hightechnic

Qardaşının intiharına görə özünü binadan atmaq istədi - Bakıda qorxulu gecə

Bakının Binə qəsəbəsində vətəndaş intihara cəhd edib.

Yenicag.az xəbər verir ki, FHN-dən verilən məlumata görə, bıçaqla silahlanmış naməlum şəxs qəsəbə ərazisindəki beş mərtəbəli binalardan birinin damına qalxaraq, intihar etmək niyyətini nümayiş etdirib.

Beşmərtəbəli binanın damına qalxaraq, intihar etmək istəyən qəsəbə sakini Сavid Sadiqov bıçaqla özünə xəsarət yetirib. Binanın damında olan polis əməkdaşları həmin an onu saxlayaraq, aşağı endiriblər və hadisə yerinə cəlb edilən həkimlərə təhvil veriblər.

İntihara cəhd edən şəxs 1995-ci il təvəllüdlü Sadiqov Сavid Sevindik oğludur. Məlumata görə, onun Emin adlı 17 yaşlı qardaşı özünü iyunun 21-də binanın damından ataraq intihar edib. Hadisənin istintaqı ilə bağlı narazılıq bildirən Sadiqov Сavidin sərxoş olduğu bildirilir.

(APA)

www.yenicag.az

3486