Bakıda vətəndaşın idarə etmədiyi avtomobilinə cərimələr gəlib.
Yenicag.az-ın Xezerxeber.az-a istinadən məlumatına görə, paytaxt sakini Nizami Orucov deyir ki, “90-EV-076” dövlət qeydiyyat nişanlı avtomobilini nasazlıq səbəbindən yaşadığı Nəsimi rayonu Mirmahmud Kazımovski küçəsində məhəllə arası yolda park edib.
Avtomobil idarə edilmədiyi halda, ona elektron qaydada cərimə tətbiq edilir.
N.Orucov bildirib ki, cərimələrdən biri Balaxanı yaşayış sahəsi, 100 ünvanında qeydə alınıb.
Avtomobil sahibinin sözlərinə görə, ümumiyyətlə, həmin ünvanda olmayıb.
Paytaxt sakini avtomobili yerindən hərəkət etdirməsə də, ona tərtib edilən cərimənin 180 manatını ödəyib. Amma qalan 290 manat məbləği ödəməkdən imtina edib.
Məsələyə Baş Dövlət Yol Polis İdarəsi (BDYPİ) münasibət bildirib.
Ətraflı süjetdə: