Bakıda vəzifəli şəxs işdən çıxarıldı

Bakı Şəhər İcra Hakimiyyətində kadr dəyişikliyi olub.

Yenicag.az Oxu.Az-a istinadla xəbər verir ki, Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov vəzifəsindən azad edilib.

Məlumatın doğru olub-olmamasını dəqiqləşdirmək üçün O.Məmmədovla əlaqə saxladıq.

O, məlumatı təsdiq edib. Bildirib ki, öz istəyi ilə vəzifəsindən gedib.