Bakıda xanım sürücünü DÖYDÜLƏR – VİDEO

Paytaxt küçələrinin birində qəzadan sonra sürücülər arasında əlbəyaxa dava düşüb.

Yenicag.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər paylaşılıb. Videodan da görünür ki, hadisədən sonra iki şəxs xanım sürücüyə hücum edib.

Xanım sürücü isə əlində telefon təhqiramiz ifadələr işlədib və sonda digər sürücünü vurmağa cəhd göstərib./Unikal/