Bakıda Rusiya vətəndaşı itkin düşüb.
Yenicag.az xəbər verir ki, bu barədə polisə Xətai rayonu, UPD qəsəbəsi, A.Novruzov küçəsi, ev 15-də yaşayan Hikmət Əsədzadə məlumat verib.
O bildirib ki, onlara qonaq gəlmiş xalası oğlu, Rusiya vətəndaşı, 1994-cü il təvəllüdlü Hüseynov Məhəmməd Əlövsət oğlu iyulun 3-də onunla birlikdə yaşadığı ünvandan çıxıb və bir daha geri qayıtmayıb.
Faktla bağlı araşdırma aparılır.