Bakıda xəstə özünü beşinci mərtəbədən atdı

int2Bakıda intihara cəhd hadisəsi baş verib.

Hadisə Nəsimi rayonu ərazisində yerləşən 1 saylı şəhər Kliniki Tibbi Mərkəzdə (keçmiş Semaşka) qeydə alınıb.

Xəstəxanada müalicə olunan Zeynal Zeynalov özünü beşinci mərtəbədən atıb. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildiriblər.

Hadisə ilə bağlı araşdırmalar aparılır.(report)