Bakıda “Bizimkilər festivalı” adlı Yeni il yarmarkası çərçivəsində xeyriyyə məqsədilə “Şəkərbura Şou” intellektual oyunu keçiriləcək.
Yenicag.az xəbər verir ki, tədbir dekabrın 16-da saat 19:30-da, Nigar Rəfibəyli küçəsi 20 ünvanında yerləşən “Passage 1901”də təşkil olunacaq.
Oyundan əldə olunan bütün vəsait Azərbaycanda şəhid övladlarına, eləcə də Rusiya-Ukrayna müharibəsi nəticəsində zərər çəkmiş ukraynalı uşaqlara yardım məqsədilə istifadə ediləcək.
Oyunda Azərbaycanın və Ukraynanın tarixi, mədəniyyəti, coğrafiyası və idmanı ilə bağlı suallar oynanılacaq.