!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda xüsusi əməliyyat - DTX məlumat yaydı - Video

!Reklam – Yazi

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən dini ekstremizmdə şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşı Ocaqov Ceyhun İslam oğlunun tutulması üçün 2017-cı il yanvarın 26-da xüsusi əməliyyat keçirilib.

Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, əməliyyat zamanı C.Ocaqov silahlı müqavimət göstərərkən cavab tədbiri olaraq xüsusi əməliyyat qrupu tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada xidməti silahdan istifadə edilməklə məhv edilib.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Məlumata görə, əməliyyat Bakının Yasamal rayonu, Şərifzadə küçəsində, “Kaktus” restoranının yaxınlığında keçirilib.

Yenicag.az

www.yenicag.az

1017
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv