Bakıda yanacaq doldurma məntəqəsi görün neçəyə satılır – FOTO

Bakıda yanacaq doldurma məntəqəsi (YDM) satışa çıxarılıb.

Yenicag.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, sözügedən YDM paytaxtın Nəsimi rayonunda yerləşir.

20 yanvar metrosundan 3-cü mikrorayon dairəsində gedən yolda yerləşən müəssisə 5,5 milyon manata təklif olunur.

YDM 0,29 hektar ərazidə inşa olunub. Obyektin sahibinin kimliyi məlum deyil.