Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Bakıda yanğın – 1 nəfər öldü

yanq67Bakıda bir nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsi baş verib.

Yanğın paytaxtın Binəqədi rayonunda beşmərtəbəli binanın 5-ci mərtəbəsində yaşayan vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan 2 otaqlı mənzilində baş verib.

Nəticədə mənzilin 1 otağının yanar konstruksiyaları 16 m2 sahədə yanıb. Yanğın kəşfiyyatı zamanı ev sahibinin oğlu yanğınsöndürənlər tərəfindən xilas olunub və ev sahibi 1937-ci il təvəllüdlü Sadıqova Alimə Məmmədhüseyn qızının tüstüdən boğulmuş vəziyyətdə meyiti aşkar edilib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

www.yenicag.az

183