Bakıda yanğın: 10 nəfər təxliyə olundu

Bakıda yanğın hadisəsi qeydə alınıb.

Yenicag.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının zirzəmisində 12 ədəd elektrik sayğacı, 12 ədəd elektrik açarı və 5 p.m kabel yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstüdən zəhərlənmiş 2 nəfər xilas edilib və 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yağından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.​