!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda yanğın: 14 nəfər təxliyə edildi - Zəhərlənən var 

!Reklam – Yazi

Bakıda baş verən yanğında bir nəfər tüstüdən zəhərlənib.

FHN-dən Yenicag.az-a verilən məlumata görə, Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsinin pilləkən qəfəsində quraşdırılmış elektrik lövhəsində 21 ədəd elektrik sayğacı yanıb.

Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib, üçü azyaşlı olmaqla 14 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

www.yenicag.az

9370
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv