Bakıda yanğın – Ölən var

Bakıda yaşayış evi yanıb.

Daxili İşlər Nazirliyinin mətbiat xidmətindən Yenicag.az-a verilən məlumata görə, iyulun 6-da saat 11 radələrində Xəzər rayonunun Türkan qəsəbəsində yaşayan Süleyman Abbasquliyevin evində yanğın baş verib.

Nəticədə 12 kvm. sahədə konstruksiyalar və oradakı əşyalar yanıb, S.Abbasquliyev tüstüdən zəhərlənərək ölüb.