Bakıda yanğın hadisəsi qeydə alınıb.
Yenicag.az Fövqladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsindən 7-ci mərtəbəsinə qədər şaxta boyunca kommunikasiya xətlərində baş verib.
Yanğın zamanı yüksək temperaturdan 4-cü mərtəbəsinin dəhlizinin lambirindən ibarət tavanı 40 m² sahəsi əriyib, 1 nəfər isə tüstüdən zəhərlənib. 15 nəfər (o cümlədən 3 nəfər azyaşlı) bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.
Kommunikasiya xətlərinin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.