Bakıda yanğın: YARALANAN VAR

Bakının Xətai rayonunda yanğın olub.

Yenicag.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 210 kv.m olan ikimərtəbəli 6 otaqlı evdə 1 ədəd kondisioner və 6 kv.m sahədə divar kağızı yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.